Yenİ müştərİlər üçün

"Azərbaycan Dəmir Yolları” QSC və Rusiyanın taxılının dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru olan “Rusaqrotrans” QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə 10 oktyabr 2016-cı ildə “AzRusTrans” QSC müştərək müəssisəsini təsis etmişdir. “AzRusTrans” QSC Azərbaycan Respublikasında və Rusiya Federasiyasında şəxsi vaqon parkına sahib olan, əsas logistik operatorlardan biri olan perspektiv dəmir yol şirkətidir.

Yeni birgə müəssisənin fəaliyyəti sayəsində "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən rekonstruksiya edilmiş nəqliyyat dəhlizləri Şərq-Qərb (Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti hissəsi) və Şimal-Cənub dəhlizləri  Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İran arasında dəmir yolu daşımalarının həcmini artırmağa imkan verəcəkdir. Rusiya – İran, Rusiya – Gürcüstan və Rusiya – Türkiyə istiqamətində taxıl daşımaları daha perspektivli ola bilər. 


“AzRusTrans” şirkətinə ilk dəfə müraciət edirsiniz?

Bu bölmədə Siz bir neçə tövsiyəyə rast gələcəksiniz. Bu tövsiyələr sizin bizimlə əməkdaşlıq təcrübənizi daha məhsuldar və xoş edə bilər.

  • Şirkətimizin xidmətləri və imkanları sizin üçün maraqlıdırsa, «Xidmətlər» bölməsinə müraciət edin.
  • Daşınma qiymətləriini öyrənmək və qiymət təklifi almaq istəyirsinizsə, Daşımaların hesablanması
  • Əgər barəmizdə rəy yazmaq istəyirsinizsə,  «Əks əlaqə» bölməsinə keçin;
  • İstənilən problemi həll etmək üçün  Qaynar xəttə müraciət edin.