ŞİRKƏT HAQQINDA

“Azərbaycan Dəmir Yolları” QSC və Rusiya taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru “Rusaqrotrans” QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə “AzRusTrans” QSC müştərək müəssisəsini yaratmışdır. Şirkətimiz Azərbaycada taxıl və meşə yüklərinin daşınmasında özəl vaqon parkına sahib olan yeganə şirkətdir. Qısa bir zaman ərzində şirkətimiz taxıl və taxta ixracının böyük bir hissəsini məhz Azərbaycan vaqonları vasitəsi ilə həyata keçirməkdədir.