Səhmdarlarımız

AzRusTrans QSC  “Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC-nin müştərək müəssisəsidir.

“Azərbaycan Dəmir Yolları”       logo.png

Azərbaycan Dəmir Yolları QSC  milli  dəmir yolu operatoru olaraq, bir neçə nəhəg regional lahiyələrin inşasını və tətbiqini  davam etdirməkdədir.  Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti (BTQ) Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya dəmiryollarını birləşdirəcəkdir. Bu marşrutla ilkin mərhələ də 10 milyon ton, sonralar isə 25 milyon ton yükün daşınması planlaşdırılır. BTQ  Asiyadan gələn yükləri Türkiyə üzərindən fasiləsiz Avropaya çatdırmaq potensialına malikdir.

Azərbaycan ərazisindən keçən digər magistral dəmir yolu Şimal-Cənub dəhlizidir. Rusiya və İran iqtisadiyyatlarının inteqrasiyanı təmin edən, bu dəhliz Hindistandan Avropaya gedən yüklərin təhlükəsiz daşınmasında əvəzolunmaz yer tutur. İlkin mərhələdə bu dəhlizin daşıma gücü 12 milyon ton olması, gələcəkdə isə 34 milyon tona qədər artması gözlənilir. 

“Rusaqrotrans”  logo_307x49.png

Rusaqrotransın da üzvü olduğu RTK şirkətlər qrupu MDB məkanının böyük  beşliyə daxil olan daşıma nəhənglərindən biridir. Şirkət ümumilikdə 44 500 vaqon parkına sahib olan və Rusiya Federasiyasının bütün əyalətlərində, həmçinin Qazaxıstan və Ukrayna kimi ölkələrdə daimi nümayəndəliklərə malikdir. Dinamik tarif siyasətinə malik olan RTK şirkətlər qrupu rəqiblərini taxıl, taxta, gübrə və digər yüklərin daşınması üçün geniş infrastruktur imkanları ilə üstələyir.