Missiyamız


Yük daşınmasının inkişafı hərtərəfli yanaşma tələb edir. İnfrasturkturun yenilənməsi, müasir texnologiyaların tətbiqi və düzgün kadr siyasəti Azrustrans QSC-ni yerli və MDB məkanında rəqabətə davamlı şirkətə çevirmişdir. Şirkətimizin gələcək inkişaf planı səhmdarlarımız tərəfindən təsdiqlənmiş, həmçinin qısa və uzun müddətli hədəflər üçün yol xəritəsi hazırlamışdır. Bizim uzun müddətli prioritetimiz yüksək etik standartlara riayət edən, keyfiyyətli xidmətlər göstərən, mükəmməl işgüzar nüfuza malik olan respublikanın aparıcı daşıma şirkətinə çevrilməkdir.

Azrustrans QSC, Azərbaycan Dəmir Yolları və Rusaqrotrans ilə birlikdə idxal, ixrac və tranzit daşımaları sahəsində davamlı olaraq yeniliklərə imza atmaqdadır. Yerli və xarici müştərilər ilə daimi apardığımız iş nəticəsində şirkətimiz, dinamik bazarın ayrılmaz iştirakçısına çevrilmişdir. Azrustrans QSC Bakı-Tbilisi-Qars və Şimal-Cənub kimi nəhəng regional lahiyələrin inkşafı üçün öz qüvvəsini səfərbər etmişdir.

İnkişaf edən Azərbaycan iqtisadiyyatında yük daşınmalar ön sıralarda yer almaqdadır və biz şirkət olaraq bu böyük bir ailənin bir üzvü olmaqdan qürur duyuruq!