Версия для печати

Giorgi Tsereteli:Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələrin malların daşınması ilə necə yaxınlaşdığını və hamı üçün faydalı olan əməkdaşlığa necə nail olduqlarını göstərən ən yaxşı nümunədir

12\03\2018 Новость

"İpək Yolu kimi layihələr təkcə iqtisadi əməkdaşlığı stimullaşdırmır, həm də keçdiyi bütün yollarda mədəni zənginliyi və qarşılıqlı mübadiləni daşıyır"

Bunu ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli ATƏT-in Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkil etdiyi “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələrin malların daşınması ilə necə yaxınlaşdığını və hamı üçün faydalı olan əməkdaşlığa necə nail olduqlarını göstərən ən yaxşı nümunədir və bu, öz növbəsində inteqrasiya prosesləri stimullaşdırır. "Biznesi inkişaf edirmək və sabitlik, təhlükəsizlik və rifah baxımından bütün problemləri həll etmək üçün daha sıx çalışmalıyıq", - G.Tsereteli deyib.
Mətbuat mərkəzinə dön