Версия для печати

İqor Pavenski: Azərbaycan Rusiyadan taxıl alışını 3 dəfədən çox artırıb

09\01\2020 Новость

2019-cu kənd təsərrüfatı ilində Azərbaycan Rusiyadan taxıl alışını 3 dəfədən çox artırıb.

“2019-cu ilin iyul-dekabr aylarında Rusiyadan Azərbaycana taxıl tədarükü 1,024 milyon ton təşkil edib. 2018-ci kənd təsərrüfatı illə müqayisədə taxıl idxalı 3,1 dəfə artıb. Həmçinin, buğda alışı bir il əvvəl 297 min tondan 962 min tonadək artıb”, - “İnterfaks”a “Rusaqrotrans” SC-in rəhbəri İqor Pavenski bildirib.

Cari kənd təsərrüfatı ilində Azərbaycan Azərbaycan Rusiyadan ən iri taxıl idxalçıları siyahısında 5-ci yerdədir.

Taxıl idxalı üzrə birinci yerdə Türkiyədir. Bu ölkə 5,405 milyon ton taxıl alıb (artım 67%). Daha sonra 3,774 min ton həcm ilə Misir (azalma 30%), Banqladeş – 1,821 milyon ton (artım 58%) və İran – 1,472 min ton (artım 17%) gəlir.


Mətbuat mərkəzinə dön