Çap versiyası

Rusiya Federasiyası sentyabr ayında taxıl ixracı üzrə rekord səviyyəyə çıxa bilər

04\10\2017 Новость

Xaricə təxminən 5,2 milyon ton taxıl göndərməklə, Rusiya sentyabr ayında növbəti tarixi rekord səviyyəyə çıxa bilər.

Xaricə təxminən 5,2 milyon ton taxıl göndərməklə, Rusiya sentyabr ayında növbəti tarixi rekord səviyyəyə çıxa bilər. Bu proqnozu, “Rusaqrotrans” QSC-nin analitik mərkəzinin ekspertləri verib. Onlar, taxılın ümumi yığımının qiymətini 1 milyon ton artıraraq, 133,3 milyon tona qədər yüksəldiblər. Mərkəzin rəhbəri İqor Pavenski deyib ki, beləliklə, sentyabr ayında, cari ilin avqust ayında ixrac üzrə əldə edilmiş daha öncəki rekord (4,84 milyon ton) vurulacaq. Pavenski xatırlatdı ki, keçən il ixrac səviyyəsi xeyli aşağı olaraq 3,93 milyon ton təşkil etmişdir. Ekspertlərin proqnozuna görə, sentyabr ayında buğdanın ixracı 4,2 milyondan artıq ton təşkil edəcək ki, bu da həmçinin rekord göstəricidir. 2016-cı ilin sentyabr ayında 3,06 milyon ton buğda ixrac edilmişdir. Sentyabr ayında arpa tədarükünün, bir il əvvəlki göstəriciyə (456 min. ton) qarşı, təxminən 600 min ton həcmində, qarğıdalı tədarükünün isə ötən ilin sentyabr ayında olan 404 min ton göstəricisinə qarşı 320 min ton həcmində olacağı proqnozlaşdırılır. Qarğıdalı ixracının azalmasını, İ.Pavenski bu bitkinin məhsululun yığımında ləngimə ilə izah edir. Onun sözlərinə görə, Rusiyadan ixrac edilən taxıl, tərkibində zülalın 12,5%-dən yuxarı təşkil etdiyi buğdaya FOB qiymətin artması fonunda rekord həddə çatır. “Qiymət, rəqib ölkələrdəki yüksək qiymətlərlə müqayisədə, Rusiya taxılına olan yüksək tələbat təsiri altında, bir həftə ərzində $4 həcmində qalxaraq, bir tona $190-dan yuxarı olan qiymət təşkil etmişdir”, - deyərək Pavenski bildirib. “Rusaqrotrans” analitiklərinin proqnozlarına görə, sentyabr ayında ixracat dəmir yolu daşınmaları, 2016-cı ilin sentyabr ayında qeyd edilən 1,04 milyon tonla müqayisədə, 1,51 milyon tona qədər yüksələ bilər. “Bu, son 10 il ərzində, yəni 2007-ci ilin oktyabr ayından başlayaraq aylıq ixrac göndərmələrinin ən yüksək səviyyəsidir: ixrac 1,63 milyon ton təşkil etmişdir”, - deyə İ.Pavlenski bildirib. Analitiklər həmçinin taxılın ümumi yığımının qiymətini bu il 1 milyon ton həcmində, əsasən, Povoljyede taxıl yığımının proqnozunun qaldırılması hesabına, 133,3 milyon tona qədər yüksəltmişdirlər. Həmçinin, buğda yığımının proqnozu, 81,1 milyondan 82,3 milyon tona, arpa yığımının proqnozu isə 19,3 milyondan 19,5 milyon tona qədər qaldırılmışdır. Eyni zamanda, qarğıdalı yığımının qiyməti 16,5 milyondan 16,1 milyon tona qədər enmişdir. İ.Pavenski bildirib ki, bunun səbəbi, cənubda vegetasiya dövründə quraqlıq və mərkəzi regionlarda istilik çatışmazlığı ilə izah olunur.
Mətbuat mərkəzinə dön