Cavid Qurbanov: Rusaqrotrans şirkəti Şimal-Cənub lahiyəsində maraqlıdır
15\10\2017
Mətbuat mərkəzinə dön
“Azərbaycan Dəmir Yolları” QSC sədrı Cavid Qurbanov İran Astarasında taxıl terminalının tikilməsi məsələsini şərh etdi.
“Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş “AzRusTrans” QSC İran Astarası ərazisində taxıl terminalının tikintisini planlaşdırır. “Rusaqrotrans – 70 min vaqonu olan iri şirkətdir və Şimal-Cənub lahiyyəsində maraqlıdır. Noyabrın sonunda İran Astarasında konteyner terminalının açılışı həyata keçiriləcək. Bundan sonra, AzRusTrans şirkətinə taxıl termınalının tikintısı üçüm müvafiq icazələr lazım olacaq. İran hökümətindən icazələr alındıqdan sonra, taxıl terminalının tikintisi başlayacaq”, - bunu Cavid Qurbanov deyib.