Çap versiyası

Ekspert: Türkiyə may ayında Rusiyanın taxıl alıcıları sırasında ikinci yerə qayıtdı

17\06\2017

“Rusaqrotrans” QSC strateji markerinq departamentinin direktoru İqor Pavenskiyin “İnterfaks” agentliyinə verdiyi məlumata görə, may ayında Türkiyə Rusiyanın taxıl alıcıları sırasında ikinci yerə qayıtdı, buna baxmayaraq, digər alıcı-ölkələr qarşısında üstünlükləri minimuma bərabərdir

“Rusaqrotrans” QSC strateji markerinq departamentinin direktoru İqor Pavenskiyin “İnterfaks” agentliyinə verdiyi məlumata görə, may ayında Türkiyə Rusiyanın taxıl alıcıları sırasında ikinci yerə qayıtdı, buna baxmayaraq, digər alıcı-ölkələr qarşısında üstünlükləri minimuma bərabərdir. Onun sözlərinə görə, may ayında Türkiyə Rusiyadan 147 min ton taxil idxal edib, bu da ümumi tədarükün 6,2% təşkil edir. Misirdən sonra (657 min ton və tədarükün 27,5%) bu ikinci göstəricidir. “Türkiyə ikinci yerə qayıtsa da, Rusiya taxılının alıcı ölkələrini cüzi üstələyir, belə ki, ücüncü yerdə Tanzaniya qərarlaşıb və bu ölkə 133 min ton taxil idxal edib ki, bu da ümümi tədarükün 5,6% təşkil edir”,- İ.Pavenskiy belə deyib. O hesab edir ki, digər ölkələrin Türkiyəyə mane olması yazda Rusiya taxılının idxalina qoyulan qadaga ilə bağlıdır. Belə ki, mart ayının ortalarında, Türkiyə Rusiyadan rüsümsüz taxıl idxalına qadağa qoydu və bu kəskin tədarük azalmasına gətirib çıxartdı, Türkiyənin reytiinqdə yerini digər ölkələr aldı. Bu qadağa may ayında ləğv olundu. Iqor Pavenskiyin məlumatına görə, dördüncü yerdə Yəmən (131 min ton), beşinci yerdə Livan (122 min ton), altıncı yerdəisə İsrail (118 min ton) qərarlaşıb. Ekspertin rəyinə görə, bu il Rusiya Asiya ölkələrinə taxıl tədarükünü artırıb, Yaxın Şərq ölkələrinə isə azaldıb. Şimali Afrika ölkələrinə də ixrac artıb. İ.Pavenskiyin proqnozlarına görə, il ərzində taxıl ixracının həcmi, keçən ilki 33,9 mln tona qarşı, 35,2 mln təşkil edəcək.
Mətbuat mərkəzinə dön