Məmməd Musayev: Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi cəhətdən ən səmərəli Avrasiya nəqliyyat dəhlizidir
04\12\2017
Mətbuat mərkəzinə dön
Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi cəhətdən ən səmərəli Avrasiya nəqliyyat dəhlizidir.
Ona görə də Çin şirkətləri bu nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə çox maraqlıdır. Bunu Çin Beynəlxalq Ticarət Palatasının nümayəndələri ilə Azərbaycan Sahibkarları Milli Konfederasiyasında keçirilən görüşdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev söyləyib. Məmməd Musayev bildirib ki, son illər aparılan uğurlu makroiqtisadi siyasət Azərbaycanı bölgənin biznes mərkəzinə çevirməkdədir. Əlverişli coğrafi mövqe, siyasi sabitlik, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin geniş imkanları beynəlxalq iqtisadi-ticari əlaqələrdə Azərbaycanı əvəzsiz platformaya çevirir.