Çap versiyası

Şimal-Cənub nəqliyyat dəhlizi region ölkələrinin iqtisadi inkişafına böyük təkan verəcək

17\09\2017 Новость

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi təkcə İran və Rusiya üçün deyil, bütün region ölkələri üçün faydalıdır.

Bunu İran Dövlət Dəmir Yolları İdarəsinin rəsmi nümayəndəsi Abbas Nəzəri deyib. Onun sözlərinə görə, Avropa ilə Asiyanı birləşdirəcək bu dəhliz vasitəsilə Rusiya öz məhsullarının ixracı üçün yeni imkan əldə edəcək. Finlandiyadan başlayaraq Hindistanda yekunlaşan dəhliz Rusiya və Azərbaycan ərazilərindən keçərək İrana, buradan da Hindistana uzanacaq. Dəhlizin formalaşmasında iştirak edən Rusiya, Azərbaycan və İran öz mallarını Avropaya və Asiyaya ixrac etmək imkanı ilə yanaşı, tranzit gəlirlər də əldə edəcəklər. Bu beynəlxalq layihə yeni xidmət növlərinin açılmasına, iş yerlərinin yaradılmasına, ölkələrin büdcələrinə əlavə gəlirin gəlməsinə, bir sözlə, ümumi iqtisadi inkişafa böyük təkan verəcək. A.Nəzəri qeyd edib ki, hər üç dövlət bu nəqliyyat dəhlizinin yaradılması istiqamətində səylərini davam etdirir.
Mətbuat mərkəzinə dön