Çap versiyası

Soyuq hava biçini gecikdirir və dünya bazarında Rusiya taxılının qiymətini artırır

20\06\2017

Keçən həftə Rusiya buğdasının yeni məhsulunun idxal qiymətlərinin artımı davam edib

“Son həftə ərzində yeni buğda məhsulunun qiyməti bir ton üçün 6 dollara qədər artıb, bu da biçinin ölkənin Avropa hissəsində xeyli gecikməsi ilə əlaqədardır” – bunu “Rusaqrotrans” QSC strateji marketinq departamentinin direktoru İqor Pavenskiy “İnterfaks” agentliyinə bildirib. Onun sözlərinə görə, iyulda tədarük olunacaq, 12,5% zülal tərkibli buğdanın qiyməti keçən həftə 1 ton üçün 188 dollar (FOB şərtləri ilə) səviyyəsində təklif olunub. Tələbat isə 1 ton üçün 182-185 dollar səviyyəsində qeydə alınıb. Pavenskiy deyib ki, Çikaqo birjasında buğdanın qiyməti keçən həftənin sonunda son 3-4 ayın ən yüksək həddinə çatıb, buna səbəb isə ABŞ və digər ölkələrdə, həmçinin Qara Dəniz regionunda, biçinin səviyyəsi ilə bağlı narahatçılıqlardır. “SovEkon”-un məlumatına görə ötən həftə yaxın tədarük üçün buğda qiymətləri ABŞ-da 4,4% artaraq, illik maksimuma çatıb. İyul fyuçersi cümə günü ötən həftə qeyd olunan 163,8 dollara qarşı, 170,9 dollar səviyyəsində bağlanıb. Bu, ABŞ-da biçinin səviyyəsi ilə əlaqədardır. ABŞ statistika xidmətinin (NASS) məlumatına görə 11 iyun üçün biçin səviyyəsi 10 faiz bəndi azalaraq 45% təşkil edib. Bu, orta hesabla 2 faiz bəndi proqnozlaşdıran bazar üçün gözlənilməz və 2006-cı ildən bəri ən pis göstərici oldu. “SovEkon”-un məlumatına görə 12,5% zülal tərkibli buğdanın qiyməti həftə ərzində dərin sulu limanlarda 0,5% səviyyəsində möhkəmlənərək 1 ton üçün 189,5 dollar (FOB şərtləri ilə) təşkil edib. Yeni taxıl məhsulunun qiyməti 1 ton üçün daha yüksək, yəni 4 dollar artaraq 180-183 dollar təşkil edib.
Mətbuat mərkəzinə dön