Версия для печати

İran bazarının Rusiya buğdası və bitki yağları üçün açılması barədə müzakirələr davam edəcək

29\06\2017

Rusiyadan İrana buğdanın və rəfinə olunmuş bitki yağlarının tədarükü imkanları haqqında müzakirələr davam edəcək.

Rusiyadan İrana buğdanın və rəfinə olunmuş bitki yağlarının tədarükü imkanları haqqında müzakirələr davam edəcək. Rusiya kənd təsərrüfatı nazirliyinin məlumatına görə, bu barədə razılıq Avrasiya İqtisadi Birliyi və İran arasında azad iqtisadi zonanın yaradılması məqsədi ilə bağlanacaq müvəqqəti sazişin bağlanması haqqında aparılmış nəvbəti danışıqlar zamanı əldə olunub. Danışıqlar zamanı ekspertlər sazişin tam məzmununu razılaşdırıb. Sazişə əsasən tərəflər əlverişli şəraitin, milli rejimin təmin edilməsini və ticarətin müdafiəsi zamanı Ümumdünya Ticarət Təşkilatının normalarına riayət etməyi öhdəlik olaraq qəbul etməlidirlər. İran tərəfi əsassız kəmiyyət məhdudiyyətlərinin tətbiq edilməməsi, həmçinin texniki tənzimləmə, sanitar, baytarlıq və fitosanitar tədbirlərin sahəsində ÜTT-nin əsas prinsipləri istifadə öhdəliklərini qəbul edib. Danışıqlar zamanı İran tərəfi buğda, rəfinə olunmuş bitki yağları, mineral sular və siqaret istisna olmaqla, praktiki olaraq bütün maddələr üzrə üzv dövlətlərin şərtlərinə güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Lakin, danışların sonunda bu məsələ ilə bağlı tərəflər qarşılıqlı kompromisə gəlmədikləri üçün razılıq əldə olunmamışdır. Danışıqlar davam edəcək.
Mətbuat mərkəzinə dön