Çap versiyası

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün daha 4 mlrd. dollar lazımdır

11\07\2017 Новость

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini fəallaşdıracaq İranın cənub-şərqi Sistan-Bəlucistan ərazisindəki dəmiyolu layihəsinin yekunlaşdırılması üçün 4 mlrd. dollar vəsaitə ehtiyac var.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini fəallaşdıracaq İranın cənub-şərqi Sistan-Bəlucistan ərazisindəki dəmiyolu layihəsinin yekunlaşdırılması üçün 4 mlrd. dollar vəsaitə ehtiyac var. İranın "Financial Tribune" qəzeti xəbər verir ki, bunu İranın yollar və şəhər inkişafı naziri Abbas Axundi bildirib. "Bu, böyük və bahalı layihədir. Həmin dəmir yolu Çabahar bölgəsində başlayır və Zahedan (Bəlucistanda əyalət), Zabul və Bircəndə (Cənubi Xorasan əyalətinin mərkəzi) kimi uzanır. Bu layihə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işini aktivləşdirəcək", - nazir əlavə edib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə yüklərin Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. İran bu dəmiryolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın "IRCON" dövlət şirkəti dəmiryolunun Çabahardan Zahedana qədər olan 500 km-lik hissəsini tikmək barədə razılıq verib. Bu hissəsinin tikintisi üçün 1,6 mlrd. dollar ayrılıb.
Mətbuat mərkəzinə dön