Çap versiyası

Li Cunxan: Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər-bir yol” strategiyasının səmərəliliyini artıracaq

05\12\2017 Новость

Azərbaycanın əlverişli geosiyasi mövqeyi və böyük iqtisadi imkanları İpək Yolu Beynəlxalq Ticarət Palatası və iş adamları üçün cəlbedicidir

Azərbaycanın əlverişli geosiyasi mövqeyi və böyük iqtisadi imkanları bizim palatamız və iş adamları üçün cəlbedicidir. Bunu İpək Yolu Beynəlxalq Ticarət Palatasının baş katibi Li Cunxan deyib. Onun sözlərinə görə, bir müddət əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. “Bu o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Türkiyə, Azərbaycan və Gürcüstanı əhatə edən bu dəmir yolu bir çox ölkələrin iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək. Bu dəmir yolu “Bir kəmər-bir yol” strategiyasının səmərəliliyini artıracaq. Ona görə də Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Belə ki, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Arzu edirik ki, təkcə Çin malları deyil, həm də Avropa yükləri bu yolla Çinə daşınsın”, baş katib deyib .
Mətbuat mərkəzinə dön