Azərbaycan və İranı birləşdirən Astara-Astara dəmir yolu 25 dekabrdan istismara veriləcək
13\12\2017
Mətbuat mərkəzinə dön
Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu 25 dekabrdan istismara veriləcək
Bunu “İran Dəmir Yollari”-nın beynəlxalq əlaqələr üzrə idarəsinin baş direktoru Abbas Nəziri deyib. Onun sözlərinə görə, hər iki tərəf gömrük və viza məsələləri, eləcə də, İran Astarasında yerləşən yük terminalının istismarı qaydalarını müzakirə ediblər. Astara-Astara dəmir yolunun Azərbaycan ərazisində uzunluğu 8 km təşkil edir, sərhəddən İran Astarasına kimi məsafə isə 2 km-dir. Lahiyəyə həmçinin Astaraçay üzərindən körpü də daxildir.