Çap versiyası

Azərbaycan və Rusiya Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı perspektivlərini müzakirə edib

18\11\2020 Новость

Əli Əsədov və Mixail Mişustin Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı perspektivlərini müzakirə edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə 18 noyabr tarixində Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı perspektivlərini müzakirə edib.

Rusiya hökumətini məlumatına görə, Cənubi Qafqazda nəqliyyat rabitəsinin tənzimlənməsinə dair qərarları nəzərə alaraq dəmir yolu infrastrukturunun inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında hökumət başçıları sənaye, kənd təsərrüfatı maşınqayırması, əczaçılıq və digər sahələrdə ortaq layihələrin həyata keçirilməsinə xüsusi diqqət çəkərək ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin aktual tərəflərini müzakirə ediblər.

 

Mətbuat mərkəzinə dön