Cavid Qurbanov İranın Astara şəhərində inşası davam etdirilən Astara yükaşırma terminalına baş çəkib
09\03\2019
Mətbuat mərkəzinə dön
Cavid Qurbanov Astara yükaşırma terminalına baş çəkib
Martın 6-da İranın Gilan vilayətində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışında iştirak etmək üçün, Azərbaycan nümayəndə heyəti tərkibində qonşu ölkəyə səfər edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, səfər çərçivəsində İranın Astara şəhərində inşası davam etdirilən Astara yükaşırma terminalına baş çəkib. Terminalda bu vaxta qədər aparılan işlərlə yerində tanış olan, Cavid Qurbanov bundan sonrakı inşahat işləri ilə maraqlanıb.