Çap versiyası

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üzərindən yük tranzitini xeyli artıracaq

26\04\2017

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üzərindən yük tranzitini xeyli artıracaq

AzRusTrans şirkətinin bu marşrutla bağlı böyük ümidləri var. Bakı-Tbilsi-Qars (BTQ) dəmir yolu dəhlizinin istismara verilməsi Azərbaycan üzərindən daşınacaq tranzit yüklərin həcminin artmasına səbəb olacaq. Bunu "AzRusTrans" şirkətinin baş direktoru Cavid Quliyev bildirib. Bu marşruta böyük ümidlər bəslədiyini söyləyən C.Quliyevin sözlərinə görə, Avropaya kimyəvi və yeyinti məmulatları tədarük edən Mərkəzi Asiya ölkələri, habelə Rusiya kimi iri dövlətlər üçün bu dəmiryolu xətti olduqca əlverişli olacaq. "Misal üçün, Özbəkistan polimer məmulatlarını Avropaya Novorossiysk və Riqa limanları vasitəsilə çatdırır. Lakin Bakı-Tbilisi-Qars bu marşrutlardan daha əlverişlidir. Hazırda bizim marşrut iki - Xəzər və Qara dənizləri istiqamətlərindən ibarətdir. Ancaq BTQ istismara verildikdən sonra yüklər birbaşa Xəzər dənizindən BTQ ilə çatdırılacaq. Bundan başqa, Türkmənistanın karbamid kimyəvi məhsulu bu xətlə ixrac oluna bilər. Həmçinin, Rusiyanın taxılı var ki, tələbat 1 mln. ton təşkil edir. Türkiyə həmin taxılı emal edib, hazır məhsul kimi İraq və Suriya bazarında reallaşdırır. Hesab edirəm ki, BTQ-nin potensialı böyükdür. Əlverişli marşrut tranzit yüklərin də həcminin artmasına səbəb olacaq", - deyə C.Quliyev əlavə edib.
Mətbuat mərkəzinə dön