Çap versiyası

Bolqarıstan BTQ vasitəsilə Avropaya yükdaşınmasında maraqlıdır

09\12\2019 Новость

Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirinin müavini Velik Zançev və qurumun Avropa Koordinasiya və beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri Nadejda Buxova  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşüb.

Cəmiyyətin sədri qonaqlara Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri, o cümlədən layihələrin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Görüşdə Bakı-Tbilisi-Qars marşrutu üzrə Bolqarıstan ərazisindən keçməklə, Qara dəniz üzərindən bərə vasitəsilə Avropaya yükdaşınması barədə əməkdaşlıq təklifləri müzakirə olunub.  Bolqarıstanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərdən danışan Velik Zançev yenilənmə işlərinin 2025-ci ilə qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təklifi müsbət qarşıladığını deyib  və qarşılıqlı maraq çərçivəsində məsələnin perspektivləri ilə bağlı  fikir mübadiləsi aparılıb.

Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirliyinin Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri Nadejda Buxova ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi baxımından böyük potensialın olduğunu bildirib. Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri çərçivəsində ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Mətbuat mərkəzinə dön