Çap versiyası

Bu stansiyada qatarların dezinfeksiyası əl dəymədən aparılacaq

21\04\2020 Новость

"Azərbaycan Dəmir Yolları" QSC koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədi ilə sanitariya-epidemioloji tədbirlərini gücləndirməkdə davam edir

Belə ki, Azərbaycan Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyasında ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya ediləcək. Bunun üçün stansiya avtomatlaşdırılmış dezinfeksiya qurğusu ilə təmin ediləcək.

“Report” xəbər verir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyasında Azərbaycana Gürcüstandan yük daşımaları həyata keçirilir.

Məlumata görə, yükdaşımaların hərəkətində heç bir məhdudiyyət tətbiq edilmir. Ölkə ərazisinə daxil olan yük qatarları dəmir yolunun əməkdaşları tərəfindən dezinfeksiya edilir. Bütün vaqonlar dezinfeksiya edildikdən sonra Azərbaycan ərazisinə daxil olu”.

Xatırladaq ki, bununla əlaqədar aparılan dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədi ilə Astara sərhəd-keçid məntəqəsində dezinfeksiya qurğusu quraşdırılıb.

Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir.

Mətbuat mərkəzinə dön