Версия для печати

“AzRusTrans” şirkətİ Finlandiyadan İrana göndərİlən yüklərİ 15 gün ərzİndə çatdırmağı planlaşdırır

27\04\2017

“AzRusTrans” şirkəti Finlandiyadan İrana göndərilən yükləri 15 gün ərzində çatdırmağı planlaşdırır

“AzRusTrans” Azərbaycan-Rusiya şirkəti Finlandiyadan İrana göndərilən yükləri 15 gün ərzində çatdırmağı planlaşdırır. “RusAqroTrans” və “Azərbaycan Dəmir Yolları”nın müştərək müəssisəsi olan “AzRusTrans” şirkətinin baş direktoru Cavid Quliyev bunu “Novıye İzvestiya”ya müsahibəsi zamanı bildirib. Şirkətin rəhbəri deyib: “Biz Finlandiyalı tərəfdaşlarımızla uğurlu danışıqlar aparmışıq. İranla Finlandiya və Hindistanla Finlandiya arasında yük dövriyyəsinin həcmi bir neçə milyard dollara bərabərdir. Hazırda, Finlandiyadan göndərilən yüklər Rusiyaya çox dolaşıq yolla - Fin körfəzi regionundakı bütün ölkələrin ərazisindən keçərək daxil olur. Bu yola təxminən 45-50 gün, hətta bəzən iki ay vaxt sərf edilir. Bizim köməyimizlə Finlandiya həmin marşrutu 3 dəfə qısalda biləcək, yəni yola cəmi 15 gün vaxt sərf ediləcəkdir. Marşrutun maya dəyəri ilə bağlı bəzi həll edilməmiş məqamlar var. İndi biz bu məsələlər üzərində işləyirik – Rusiya Dəmir Yolları və Azərbaycan Dəmir Yolları ilə fəal danışıqlar aparırıq. Finlandiyadan göndərilən yüklərin artıq yaxın gələcəkdə qısaldılmış marşrut üzrə çatdırılacağına əsla şübhə yoxdur”. Cavid Quliyev müştərək müəssisənin gələcək planları barədə sualı cavablandıraraq deyib: “Hazırda şirkət İran ərazisində taxıl terminalı tikilməsini planlaşdırır. Azərbaycanı İranla birləşdirən yolun çatışmayan 8,3 kilometr uzunluğundan hissəsinin tikintisi başa çatdırılıb. Bu gün “AzRusTrans” şirkəti taxıl terminalının tikintisinə sərmayə qoymağa hazırdır. Bu məsələ barədə danışırlar aparılır. Həmin terminal eyni zamanda 60 000 ton taxıl və taxıl məhsulunu maneəsiz saxlamağa imkan verəcək. Beləliklə, daşıma xərclərini təqribən 30-40 faiz azaldacağıq”.
Mətbuat mərkəzinə dön