“AzRusTrans” QSC XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgidə təmsil olunur
11\06\2018
Mətbuat mərkəzinə dön
İyunun 11-də Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi açılıb.
“AzRusTrans” QSC sərgidə təmsil olunur. XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018), VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road&Traffic 2018) sərgilərinin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, Azərbaycan son dövrlər nəqliyyat sahəsində böyük layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazasının açılışı, yüksək keyfiyyətli avtomobil yollarının qurulması, hava nəqliyyatında əldə olunan nailiyyətlər görülən işlərə nümunədir. Bu işlər Azərbaycanı regionun əsas tranzit mərkəzinə çevirir. Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Sərgi 3 gün ərzində BakuExpo mərkəzində davam edəcək.