Çap versiyası

TAXIL BAZARI

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq, kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan təlabatını ödəyir. "Şərq-Qərb" (Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti hissəsi) və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan, Rusiya, Türkiyə, İran və Gürcüstan arasında dəmir yolu daşımalarının həcmini artırmağa imkan verəcəkdir. Taxıl daşınmaları üzrə daha perspektivli istiqamətlər Rusiya-İran, Rusiya-Türkiyə və Rusiya-Gürcüstan marşrutları hesab oluna bilər. Azərbaycanın idxal potensialı ildə 1,3-2,0 milyon ton qiymətləndirilir. Rusiyadan Azərbaycana taxıl ixracı əsasən dəmir yolu ilə daşınır.

Dünya üzrə buğda ticarəti 160 milyon ton həcmində qiymətləndirilir, 2016-2017-ci illər üçün mövsümdə 745 milyon ton buğda hasil olunub ki, bunun 735 milyon tonu istehlak edilib. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. Ölkəmizdə becərilən kənd təsərrüfatı bitkilərindən yumşaq və bərk buğda bitkisi ənənəvi hesab olunur. Kənd təsərrüfatında, ərzaq təhlükəsizliyinin təminatında əsas rol oynayan məhsullardan biri də taxıldır. 2017-ci ilin yanvar-noyabr ayları ərzində, Azərbaycan taxıl istehsalını ötən ilin analoji dövrünə nisbətən 22,9% artırıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 150,6 bənd təşkil etməklə, yanvar ayı ilə müqayisədə 3,7 bənd (2,5%), ötən ilin fevral ayı ilə müqayisədə isə 2,4 bənd (1,6 %) artıb. 

Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin artaraq 991 milyon tona çatacağı təxmin edilir ki, bu da 2015/16-cı məhsul ilinin göstəricisindən 4,0% yuxarıdır. Dünya buğda ticarətinin göstəricisi 181 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da ötən mövsümlə müqayisədə 8 milyon ton çoxdur. Dünyada buğda üzrə istehlakın 2015/16-cı məhsul ili ilə müqayisədə 4% artaraq, 741 milyon tona çatacağı gözlənilir. Proqnozlar reallaşacağı halda, qlobal buğda ehtiyatlarının həcminin 2015/16-cı məhsul ili ilə müqayisədə 4% artaraq, 250 milyon tona çatacağı gözlənilir. Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbətən göstəricisi də 34% səviyyəsində olacaq.  Çində buğda ehtiyatları həcminin son 5 illik orta göstəricidən 60% çoxalaraq, 111,0  milyon tona çatması gözlənilir. Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıqların həcmi 2 milyon azalaraq 63 milyon ton olacağı, istehsal həcminin isə 24 milyon ton artıq olacağı gözlənilir. Bununla da, əsas ixrac ölkələri üzrə ümumi təklif səviyyəsi 22 milyon ton çox olacaq. Qara dəniz regionu ölkələri qrupu üzrə istehsal həcminin 10,1% artaraq 132 milyon tona, ixracın isə 3,9% artaraq 53,4 milyon tona çatması proqnozlaşdırılır.

Türkiyə ənənəvi olaraq Rusiya taxılının ən iri idxalçılarından biri olub. Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən, 2016-cı ildə 4,6 milyondan tondan artıq taxıl Türkiyəyə daşınmışdır. 15 mart 2017-ci il tarixindən etibarən Türkiyə Rusiya mənşəli kənd təsərrüfatı xammallarının rüsumsuz idxalını ləğv etmişdir. Nəticədə, buğda, qarğıdalı, günəbaxan cecəni və yağın daşınması dayandırılmışdır. Güman edilirdi ki, bütün məhsullar üçün rüsum 130% təşkil edəcək, lakin sonradan buğda və qarğıdalı üçün rüsum 130%, düyü üçün - 45%, günəbaxan yağı üçün - 36%, günəbaxan cecəni üçün - 13,5%, paxlakimilər üçün - 9,7% təşkil etmişdir. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyində qeyd ediblər ki, Ankaranın bu qərarı Rusiyadan buğda, qarğıdalı, günəbaxan yağı, günəbaxan cecəninin, düyü və paxlalıların Türkiyəyə daşınmasının tam dayandırılmasına səbəb ola bilər.

·        2017/18-ci ildə taxıl istehsalının ötən mövsümün rekord göstəricisindən 3% az olacağı gözlənilir ki, buna əsas səbəblərdən biri kimi buğda və qarğıdalı sektorunda tənəzzül göstərilir.

·        Proqnozlaşdırılan tələbat artımını nəzərə alaraq, taxıl ehtiyatları 2017/18-ci ildə azala bilərlər, lakin bu göstərici hələ də həcminə görə bütün tarix ərzində ikinci olacaq.

·        Buğda, qarğıdalı və kalış üzrə ticarətin azalmasını nəzərə alaraq, 2017/18-ci ildə taxıl ticarətinin tənəzzülü gözlənilir.

·      2017/18-ci ildə dünyada düyü yığımı yeni rekord həddə çatacağı gözlənilir, buna baxmayaraq aşağı qiymət bəzi ixrac ölkələrində fermerləri bu bitkinin əkinindən imtina etməyə məcbur edə bilər.