“AzRusTrans” QSC şİrkətİnİn əsas xİdmətlərİ
“AzRusTrans” QSC müxtəlif növ yüklərin, o cümlədən taxıl və digər toplu kənd təsərrüfatı və meşə məhsullarının, mineral gübrələrin, tikinti materiallarının konteynerlərin, qablaşdırılmış və maye yüklərin beynəlxalq daşınmasının həyata keçirir:
- müştərinin və ya kontragentlərinin özəl vaqonlarla təmin olunması xidməti;
- maliyyə-ödəniş xidmətləri, o cümlədən dəmir yol tarifinin, yığımların rəsmiləşdirilməsi və ödənməsi, Rusiya, Azərbaycan və MDB ərazisində yüklərin daşınmasına görə daşıyıcı və ekspeditorlarla lazımı hesablaşma əməliyyatlarının yerinə yetirilməsi (daşıma haqqının ödənilməsi) xidmətləri;
- yükün hərəkəti və təyinat stansiyasına yaxınlaşması haqqında informasiya verilməsi, sifarişçinin yükünün daşınmasında iştirak edən/iştirakı planlaşdırılan yüklənmiş və boş vaqonların dislokasiyası barədə, həmçinin daşımanın təşkili ilə bağlı digər məlumatların verilməsinin daxil olduğu xidmətlər;
Yuxarıda sadalanan xidmətlərdən əlavə “Rusaqrotrans” QSC aşağıdakı xidmətləri (kompleks şəkildə və ya ayrı-ayrılıqda) təşkil etməyə hazırdır:
1. QU-12 forması ilə yük daşımaları üçün sifarişlərin tərtib olunması və dəmir yol stansiyasına təqdim olunması:
- Dəmir yolu qaimələrinin doldurulması;
- Yükün keyfiyyəti barədə sənədin (sertifikatın) tərtib olunması və sifarişçiyə təqdim olunması;
- Yükün vurulması və boşaldılması üçün tələb olunan sənədlərin rəsmiləşdirilməsinə (vaqonların ümumi olmayan istifadə yollarında verilməsi və təmizlənməsi dair müqavilə, zəmanət sertifikatı, fitosanitar sertifikatı, sınaq protokolu, baytarlıq sertifikatı (şəhadətnaməsi), mənşə sertifikatı) dair xidmətlər;
- “Rusiya Dəmir Yolları” ASC ilə yüklərin marşrut göndərişlərinin razılaşdırılması xidməti;
2. Nəqliyyat vasitələrinin hazırlanması və əlavə təchizatı:
- Qapama-plomblama qurğularının verilməsi, vaqonların plomblanmasının təmin olunması;
- Vaqonların kommersiya baxımından yararlılığının yoxlanılması.
3. İnformasiya xidmətləri:
- Göndərən stansiya, təyinat stansiyası, vaqonların və dəmir yol qaimələrinin nömrəsi, hər vaqonda yükün çəkisi, hər vaqonda taxılın keyfiyyəti barədə və daşınmaya nəzarət etmək üçün digər qeydlərin də daxil olduğu ətraflı yükləyib-yola salma məlumatlarının göndərilməsi, habelə yüklənmiş vaqonlar üçün dəmir yol qaimələrinin surətinin və yükləmə stansiyasına gəlmiş boş vaqonlar üçün dəmir yol qaimələrinin surətinin göndərilməsi xidmətləri.
4. Maliyyə-ödəniş xidmətləri:
- Maliyyə-ödəniş xidmətləri, o cümlədən vaqonların verilməsi/ təmizlənməsi, manevr işləri muzdunun, cərimələrin, stansiya yığımlarının və digər xidmətlə bağlı daşıyıcıya çatacaq bütün ödənişlərin rəsmiləşdirilməsi və ödənilməsi;
5. Yükləmə - boşaltma işləri:
- Yükün vaqonlara vurulmasının təmin olunması, yükün miqdarının yoxlanılması (tərəzidə çəkilməsi) xidməti;
6. Digər nəqliyyat - ekspeditor xidmətləri:
- Müəyyən olunmuş məcburi tələblərə, texniki şərtlərə uyğun olaraq yükün daşınmaya hazırlanması.
7. Müştərinin sifarişində göstərilən digər xidmətlər.
Yuxarıda qeyd olunan bütün xidmətlər Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərində göstərilə bilər.