Elmar Məmmədyarov: "Bakı görüşündə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif etmişik"
14\03\2018
Mətbuat mərkəzinə dön
"Biz bu gün Cənub-Qərb üzrə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif etmişik".
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin ilk dördtərəfli görüşünündən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq bütün sahələri əhatə edəcək.