Çap versiyası

Maksim Oreşkin: Rusiyada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca nəqliyyatın hərəkətini vacib hesab edirlər

21\11\2019 Новость

Rusiya Feredasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan -Rusiya regionlararası forumunun nəticələrindən sonra "Moskva-Bakı" nəşrinə müsahibə verib:

- Keçən ilin sentyabrında Soçidə Rusiya və Azərbaycan prezidentləri iki ölkə arasında gələcək illər üçün, o cümlədən iqtisadi sahədə əməkdaşlığı müəyyənləşdirən 16 sənəd imzaladılar. Bir il əvvəl Moskvada keçirilən hökumətlərarası komissiyanın iclası zamanı siz qeyd etdiniz ki, əgər 2019-cu il üçün nəzərdə tutulmuş planlar həyata keçirilsə, Rusiya-Azərbaycan münasibətləri yeni səviyyəyə çatacaq və bütün əsas sahələrdə müsbət dinamika müşayət olunacaq. Əməkdaşlığın yeni səviyyəsinə çatmaq üçün planları həyata keçirmək mümkün oldu mu?

- Ötən il Rusiya və Azərbaycan prezidentləri arasında aparılan danışıqlar nəticəsində imzalanmış 5 "yol xəritəsi" üzrə işlər yaxşı nəticələr verməyə başladı. Bu ilin yalnız səkkiz ayında ümumi ticarət dövriyyəsi 25,7% artaraq 1,9 milyard dolları keçdi. Rusiya məhsullarının ixracı 30,7% artaraq 1,4 milyard dollar, Azərbaycan məhsullarının idxalı 14,5% artaraq 546,7 milyon ABŞ dolları təşkil etmişdir.

Bu ilin aprel ayının əvvəlində həmkarlarımla birlikdə Rusiya sənaye müəssisələrinin Azərbaycanda biznes missiyasını uğurla həyata keçirdik. Burada əməkdaşlığın üç əsas sahəsi müzakirə edildi - neft və qaz maşınqayırması sənayesi, kənd təsərrüfatı maşınqayırması sənayesi, informasiya texnologiyaları. Tədbirdə 78 Rusiya şirkəti, 140 Azərbaycan şirkəti, habelə dövlət şirkətlərinin və müvafiq nazirliklərin nümayəndələri iştirak etmişdir. Nəticədə informasiya texnologiyaları, kimya sənayesi və su təchizatı avadanlıqlarının tədarükü sahəsində bir sıra müqavilələr imzalaya bildik.

Yol xəritələrinin icrası vəziyyətinə gəldikdə isə, nəqliyyat və logistika sahəsində əməkdaşlığı vurğulayacağam. Bu sahədə böyük işlər görürük - buraxılış məntəqələrinin və giriş yollarının modernləşdirilməsi, ağıllı nəqliyyat sistemlərinin və malların hərəkəti üçün izləmə texnologiyalarının tətbiqi.

Eyni zamanda, məhsulun "toxumdan dükana" qədər bütün mərhələlərinə təsir edən kənd təsərrüfatı sektorunda vahid kooperasiya sisteminı fəal şəkildə qurulur. Rusiya ilə Azərbaycan arasında 2020-2022-ci illər üçün Aqrar-sənaye kompleksində Əməkdaşlıq Proqramı artıq hazırlıq mərhələsindədir.

Ölkələrimizin artıq möhkəm təməl və işlək əməkdaşlıq mexanizmləri yaratmağı bacardığını söyləmək artıq olmaq. Üstəlik, inanıram ki, biz artıq keyfiyyətcə yeni inkişaf mərhələsinə keçdik, İşgüzar Şuranın formatını yenidən formalaşdırdıq, bölgələrarası münasibətləri intensivləşdirdik və işçi qrupları çərçivəsində əlaqələr qurduq.

 

- Bu yaxınlarda Rusiya və Azərbaycanın sərhəd məntəqəsindəki Samur çayı üzərindən yeni körpü açılacaq, bu da yükdaşımaların həcmini artıracaq. Bu layihə ölkələr arasında ticarət dövriyyəsinə necə təsir göüstərəcək?

 -Vurğulamaq istərdim ki, bu gün sərhədin hər iki tərəfindəki dar keçidlərin genişlənməsinə diqqət yetirməliyik. Bunun üçün sərhəd infrastrukturunun inkişafı üzrə Rusiya-Azərbaycan birgə İşçi qrupu yaradıldı.

Samur çayı üzərində Yaraq-Qazmalar keçid məntəqələri yaxınlığında qeyd etdiyiniz avtomobil körpüsü bu problemin həllinə kömək edəcək. Müqavilə üzərində işlər 2017-ci ilin dekabrında başlıyıb indi isə son mərhələdədir. Yan yolları ilə birgə körpünün istismara verilməsi 2019-cu il dekabrın ortalarında planlaşdırılır.

Rusiyada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca nəqliyyatın hərəkətini vacib hesab edirlər. Samur üzərindəki körpü bu dəhlizin vacib hissəsidir. Ekspertlərin hesablamalarına görə, Azərbaycan ərazisi ilə yerüstü tranzit yük daşımaları ortamüddətli perspektivdə 7 milyon tona yaxınlaşa bilər və daha uzun müddətdə isə 13 milyon tondan çox ola bilər. Üstəlik, tranzitin əsas hissəsi Hindistana və İrana və bu ölkələrdən gedən Rusiya yükləri hesabına formalaşacaq. Gələcəkdə, bəlkə də, Cənubi və Cənub-Şərqi Asiya, Körfəz dövlətləri haqqında danışacağıq.

Mətbuat mərkəzinə dön