Çap versiyası

Rumıniyanın nəqliyyat nazirinin müavini: Rumıniya Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin Aİ ölkələrinə çatıdırılmasında maraqlıdır

17\09\2017 Новость

Rumıniya Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verildikdən sonra Çindən gələcək yüklərin ölkə ərazisindən keçməklə Mərkəzi və Qərbi Avropaya çatdırılmasında maraqlıdır.

Rumıniyanın nəqliyyat nazirinin müavini Maria Maqdalena Qriqorenin sözlərinə görə, Rumıniyada dəmir yolu ilə yükdaşıma həyata keçirən “CFR Marfa SA” şirkəti azərbaycanlı tərəfdaşları ilə bir sıra beynəlxalq yükdaşıma layihələrində əməkdaşlığı davam etdirmək niyyətindədir. “Biz həmçinin Çindən Avropaya tranzit daşınacaq yüklərin “Bir kəmər, bir yol”, “Yeni İpək Yolu” və digər layihələr çərçivəsində Konstantsa limanından keçməklə Avropa İttifaqı (Aİ) ölkələrinə, eləcə də əks istiqamətdə daşınmasını dəstəkləyirik. Bununla yanaşı “CFR Marfa SA” və Konstantsa limanının rəhbərliyi Rumıniyanın Avrasiya Nəqliyyat dəhlizinə daxil olmasına və yüklərin sözügedən dəhlizlə daşınmasına cəlb olunub. Rumıniya ərazisindən Mərkəzi və Qərbi Avropaya loqistik xidmətlər üzrə kompleks və cəlbedici təkliflərin edilməsi məqsədilə “CFR Marfa SA” “Rumıniya – Avropaya darvaza” konsepsiyasını irəli sürüb. Bu məqsədlə ötən il Konstantsa Dəniz Limanları Administrasiyası ilə əməkdaşlıq protokolu imzalanıb. Trans-Xəzər benyəlxalq nəqliyyat marşurutunu daha səmərəli etmək məqsədilə şirkət Konstantsa limanından Almaniyaya qədər yuvarlanan dartma və vaqon platformalarını, eləcə də tam konteyner qatarlarını rəqabətqabiliyyətli nəqliyyat tarifləri ilə daşımaq imkanına malikdir. Eyni zamanda “CFR Marfa SA” Konstantsa limanının imkanlarını nəzərə alaraq Avropa-Qafqaz-Asiya TRASECA, “RFC 7” (“Route of Rail Freight Corridor 7”) və digər beynəlxalq dəhlizlərdə yük axınını artırmaq məqsədilə bır sıra qısa, orta və uzun müddətli texniki və kommersiya təklifləri ilə çıxış edib və bu da, Rumıniyanın nəqliyyat və tranzit istiqamətində təklif etdiyi imkanların rəqabət gücünü artıracaq»,- deyz nazir müavini qeyd edib.
Mətbuat mərkəzinə dön