Çap versiyası

Makaron istehsalçıları Rusiya Federasiyasından bərk buğda ixrac rejimini sərtləşdirməyə, əlavə rüsum tətbiq etməyə çağırırlar

22\09\2021 Новость

Buğda üçün əlavə ixrac rüsumunun tətbiq edilməsi tələbi ilə Rusiya hökumətinə müraciət olunub 

Makaron və un istehsalçıları, 2022 -ci ilin avqust ayının sonuna qədər buğda üçün əlavə ixrac rüsumunun tətbiq edilməsi tələbi ilə Rusiya Federasiyası hökumətinə müraciət hazırlayıblar. İstehsalçılar inanırlar ki, hazırda buğda üzərində mövcud üzən rüsum daxili bazarı qorumur. Xammalın bahalaşması onları istehsal olunan məhsulların qiymətlərini artırmağa məcbur edir və gözlənilir ki, bu,yekunda pərakəndə satış qiymətlərinin artmasına səbəb olacaq.

 “İnterfaks”ın əldə etdiyi məlumata görə, məktub Baş nazir Mixail Mişustinə ünvanlanmaq üçün hazırlanıb və Ümumrusiya Sahibkarlar Hərəkatı, Altay Sahibkarlar Birliyi, Barilla Rus, Sea Group (Shebekinskie markası), Makfa, Pospelihinskaya makaron fabriki (Grandmulino markası), Extra M, Samara Mills və başqaları tərəfindən imzalanıb.

"Bərk buğdanın dünya bazarındakı qiymətləri nəzərə alınmaqla, buğda ixracında mövcud üzən rüsum istehlakçıların mənafeyini qətiyyən qorumur.

“2022-ci ilin avqust ayının sonuna qədər bərk buğda rüsumu, hesablamalara görə, hər ton üçün ən az 190-210 dollar olmalıdır”, - deyə məktubda bildirilir (hazırda buğdanın ixrac rüsumu sentyabr ayından etibarən hər ton üçün 52,5 dollardır. Sentyabrın 22-dən etibarən isə 50.9 dollara qədər azalacaq).

Sənədin müəllifləri bildirirlər ki, yeni mövsümün əvvəlindən (2021 -ci ilin iyulundan) bərk buğdanın qiymətində 80% artım olacağı planlaşdırılır. Makaronun əsas xammalı kimi buğda və suyun olduğunu nəzərə alsaq, bu da yekunda istehsal olunan məhsulun qiymət artımına gətirib çıxaracaqdır.

Qiymət artımının arxasında duran amillərə  taxıl əkilən sahələrin kiçik olmasını, həmçinin  əsas becərilmə bölgələrinə (Orenburq və Çelyabinsk bölgələri) təsir edən quraqlığı misal göstərmək olar. Bundan əlavə, əvvəllər Rusiya istehsalçılarına Qazaxıstandan idxal olunan  bərk buğdanın həcmi cari ildə 30-40% azalıb.

Dünya bazarındakı vəziyyət də cari problemə öz töhfəsini verir. "Əsas ixrac ölkələrindən olan  Kanada və ABŞ -da bu məhsulun istehsalında 34% azalma olması bərk buğdanın dünya bazarında qiymətlərinin iki dəfə artmasına səbəb olub. Bu amil onsuz da az olan və Rusiyada becərilən və biçilən bərk buğda məhsulunun dünya bazarına çıxarılmasını son dərəcə cəlbedici edir" -deyə  məktubda qeyd olunur.

Xammalın bahalaşması istehsalçıları məhsullarının qiymətini artırmağa məcbur edir. "Sərt buğda bazarında mövcud inflyasiyanı nəzərə alsaq,  istehlakçılar üçün makaron məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə artacağı gözləniləndir. Məktubda vurğulanır ki, daxili məhsulu qorumaq üçün təcili tədbirlər görülməsə, bazarda, sənaye xammal çatışmazlığı ilə bağlı problemlər ilə üzləşmək mümkündür.

Bundan əlavə, ixrac rüsumunundan yayınmaq üçün Rusiyada becərilən bərk buğdanın  Qazaxıstan buğdası adı altında ixracının qarşının alınması üçün Avrasiya İqtisadi Birliyi çərçivəsində işlər görülməlidir.

Onların fikrincə, bərk  buğda istehsalçılarına federal dəstək üçün bir sıra xüsusi tədbirlərin hazırlanması vəziyyətin normallaşmasına imkan yaradacaq. Bu tədbirlər xüsusilə əkin sahələrinin həcminin artırılmasına yönəldilməlidir.

 

  

 

 

 

 

 

Mətbuat mərkəzinə dön