AzRusTrans" QSC 23-cü Beynəlxalq yükdaşımaları, nəqliyyat və logistika - TransRusiya sərgisində iştirak edir
18\04\2018
Mətbuat mərkəzinə dön
Azərbaycan-Rusiya birgə müəssisəsi "AzRusTrans" QSC 23-cü Beynəlxalq yükdaşımaları, nəqliyyat və logistika - TransRusiya (TransRussia/TransLogistica 2018) sərgisində iştirak edir.
Sərgi 17-19 aprel tarixində Krokus Ekspo mərkəzində keçirilir. "AzRusTrans" şirkətinin nümayəndələri sərgi çərçivəsində potensial müştərilərlə bir sıra məhsuldar görüşlər keçirdilər. Bu "AzRusTrans" şirkətinin TransRusiya Beynəlxalq yükdaşımaları, nəqliyyat və logistika sərgisində ikinci iştirakıdır. TransRussia/TransLogistica- Rusiya, MDB və Baltika ölkələri arasında ən böyük yükdaşımaları, nəqliyyat və logistika sərgisidir.