“AzRusTrans” QCS-nİn fəalİyyətİ nətİcəsİndə Azərbaycanın taxıl yükdaşımalarında 100%-ə qədər artım müşahİdə olunur
05\06\2017
Mətbuat mərkəzinə dön
“Azərbaycan Dəmir Yolları” QSC Rusiyadan Gürcüstana 2017-ci ilin yanvarında 2 212 ton taxıl məhsulları daşıyıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 78% artım deməkdir.
“Azərbaycan Dəmir yolları” QSC Rusiyadan Gürcüstana 2017-ci ilin yanvarında 2 212 ton taxıl məhsulları daşıyıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 78% artım deməkdir. 2016-cı ilin yanvarında şirkət 635 ton taxıl yükü daşıyıb. Fevral ayında "Azərbaycan Dəmir Yolları" QSC daşıdığı 1 404 ton taxıl yükünün 41% və növbəti aylarda daşımaların 100%-ni AzRusTrans şirkəti həyata keçirib. Beləliklə, martda AzRusTrans daşıdığı 8 290 ton taxıl yükü hesabına 100%-lik artım təmin edib, apreldə artım daşınan 8 700 ton yükün hesabına 93% təmin olunub. May və iyun aylarında bu marşrut üzrə taxıl yükdaşımaları 100% artıb, müvafiq olaraq 2017-ci ilin mayında 7 650 ton və iyununda 12 232 ton taxıl yükü daşınıb. 2017-ci ilin əvvəlindən isə 50 000 tona yaxın taxıl yükü daşınıb və Rusiya-Gürcüstan arasında taxıl məhsullarının tranzit yükdaşımaları 100% qədər artıb. «AzRusTrans» QSC müştəri bazasının artırılması və Azərbaycanın yükdaşımalarında öz payının artırılması sahəsində ciddi işlər görur, Gürcüstan,Türkiyə, Rusiya və İran kimi ölkələrlə əlaqələrin genişləndirilməsi sahəsində işlər aparır.