Çap versiyası

Sənaye yenİlİklərİ

21/07/2020 Azərbaycan Dəmir Yollarının 2030-cu ilə qədər strategiyası müzakirə edilib

“McKinsey&amp;Company” şirkəti ilə  Azərbaycan Dəmir Yollarının 2030-cu ilə qədər strategiyası müzakirə edilib <p> <br> </p> <br>

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə bu il mayın 21-də  dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə təhlillər davam etdirilir.

İyulun 17-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri layihənin gedişatı barədə ətraflı məlumat təqdim ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov əlverişli coğrafi mövqedən səmərəli istifadə etməklə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində dəmir yolunun artan roluna diqqət çəkib və son dövrlərdə bu istiqamətdə atılan məqsədyönlü addımların ölkənin tranzit potensialına müsbət təsirini vurğulayıb. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC-nin əməliyyat effektivliyinin artırılması ilə yanaşı, nəqliyyat zəncirinin bütün halqalarının prosesdə iştirakının artırılması və müvafiq dəhlizlərin inkişafında maraqlı tərəflərlə əməkdaşlığın vacibliyini qeyd edib. 

Daha sonra, “McKinsey&Company” şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinə qlobal və regional dəmir yolu sektorunun icmalı və trendləri, COVİD-19 pandemiyasının dəmir yolu sektoruna təsiri mövzularına dair təqdimat edilib. Strategiyanın daha uğurlu olması üçün qlobal və regional trendlərin gözlənilən təsirləri müzakirə olunub, bu mövzuda tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.


06/05/2020 “Azərbaycan Dəmir Yolları” QSC-də videokonfrans şəklində kollegiya iclası keçirilib

Mayın 5-də “Azərbaycan Dəmir Yolları” QSC-də videokonfrans şəklində kollegiya iclası olub

Новость
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə keçən iclasda qlobal pandemiya şəraitində insanların sağlamlığının qorunması, COVİD-19 qlobal pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin, habelə sosial-iqtisadi sahəyə ciddi fəsadlarının qarşısının alınması məqsədilə atılan vacib addımlardan danışılıb. Cəmiyyətin sədri qeyd edib ki, dövlət başçısının qətiyyətli və çevik qərarları, pandemiya ilə mübarizədə vətəndaşların Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirməsi tezliklə bu çətinlikdən xilas olacağımıza inam yaradır. 

Cəmiyyətin sədri bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə dövlət başçısı ölkəmizin Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən biri kimi vacib roluna diqqət çəkib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi  pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir. Bildirilib ki, pandemiya şəraitində Azərbaycan dəmir yollarında sərnişindaşımaya məhdudiyyət qoyulsa da, yükdaşınmaları müntəzəm şəkildə yerinə yetirilir. Yükdaşımaların həcminin artmasında Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri  vacib rola malikdir. İclasda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artdığı da diqqətə çatdırılıb. Yüklərin daşınmasında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” MMC və “ADY Ekspress” MMC böyük əhəmiyyət kəsb edir. O da vurğulanıb ki, 2017-ci ildən daşınan yüklər arasında qeyri-neft məhsulları üstünlük təşkil edir. 
      
 İclasda sərnişinlərin və dəmiryolçuların sağlamlığının qorunması üçün dəmir yollarında görülən müvafiq profilaktik tədbirlər, dezinfeksiya işləri barədə məlumat verilib. Qeyd edilib ki, pandemiya şəraitində işə məhdud sayda əməkdaşlar cəlb olunaraq, onların növbəli iş rejimində çalışmasına şərait yaradılıb. Fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqi genişləndirilib, idarədə bütün sənədləşdirmə işləri elektronlaşdırılıb. 
        
Cəmiyyətin sədri Abşeron dairəvi dəmir yolu layihəsinin tamamlandığını, qalan işlərin isə ilin sonunadək yekunlaşdırılacağını bildirib. O, Ləki-Qəbələ, Biləcəri-Yalama və Ələt-Astara dəmiryolu xəttinin tikintisi ilə bağlı görülən və görüləcək işlər barədə məlumat verib, layihələrin icra vəziyyəti ilə maraqlanıb. Bakı-Böyük Kəsik istiqamətində sürət həddinin artırılması üçün zəruri infrastruktur  tədbirlərinin həyata keçirilməsi müzakirə olunub. Həmçinin bildirilib ki, Xaçmaz–Şahdağ dəmir yolu xətti  layihələndirilir, ərazinin coğrafi relyefi öyrənilir.
       
Cavid Qurbanov qeyd edib ki, Cəmiyyətin hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib. Bu il daha 9 lokomotivin çatdırılması nəzərdə tutulur. Eyni zamanda, 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub,  digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı  sifariş edilib.
       
 Videoformatda təşkil olunan iclasda pandemiya dövründə Cəmiyyətin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib. Məlumat verilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib. 
       
 İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.

21/04/2020 Bu stansiyada qatarların dezinfeksiyası əl dəymədən aparılacaq

"Azərbaycan Dəmir Yolları" QSC koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədi ilə sanitariya-epidemioloji tədbirlərini gücləndirməkdə davam edir

Новость

Belə ki, Azərbaycan Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyasında ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya ediləcək. Bunun üçün stansiya avtomatlaşdırılmış dezinfeksiya qurğusu ilə təmin ediləcək.

“Report” xəbər verir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyasında Azərbaycana Gürcüstandan yük daşımaları həyata keçirilir.

Məlumata görə, yükdaşımaların hərəkətində heç bir məhdudiyyət tətbiq edilmir. Ölkə ərazisinə daxil olan yük qatarları dəmir yolunun əməkdaşları tərəfindən dezinfeksiya edilir. Bütün vaqonlar dezinfeksiya edildikdən sonra Azərbaycan ərazisinə daxil olu”.

Xatırladaq ki, bununla əlaqədar aparılan dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədi ilə Astara sərhəd-keçid məntəqəsində dezinfeksiya qurğusu quraşdırılıb.

Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir.


20/04/2020 BTQ ilə indiyə qədər hərəkət edən ən uzun qatar Bakıya çatıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyə qədər hərəkət edən ən uzun qatar artıq Bakıya çatıb

Новость

940 metr uzunluğunda və 82 konteynerdən ibarət olan qatarda Türkiyədə istehsal olunan ixrac məhsulları daşınır. Yüklər Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün nəzərdə tutulub. Qatarın Türkiyədən Özbəkistana qədər məsafəni 9 günə qət edəcəyi gözlənilir.

 Daşımanın Azərbaycan, Türkmənistan və Özbəkistan üzərindən operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.

Blok qatardakı 20 konteynerin son təyinat məntəqəsi Azərbaycandır. Konteynerlərdən 30-u Ələt limanından gəmilərlə Türkmənbaşı, 24-ü Aktau, 8-i isə Kurık limanlarına çatdırılacaq.

 Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

 Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.


18/03/2020 Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub

Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşdü.

Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.

Sonra Prezident İlham Əliyev Görədil dayanacağına gəldi.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Burada Görədildə yaşayan əhalinin dəmir yolu xidmətlərindən yüksək səviyyədə istifadə etməsi və onların rahatlığı üçün hər cür şərait yaradılıb. Bina bütün zəruri infrastrukturla təchiz olunub. Buradakı platformalar da ən müasir səviyyədə yenidən qurulub.

Görədil-Novxanı-Sumqayıt sərnişin xətti boyu, ümumilikdə, 15 stansiya və dayanacaq inşa edilib və əsaslı təmir olunub. Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6300, Novxanı dayanacağının ümumi sahəsi isə 8 min kvadratmetrdən çoxdur. Xətt boyu yerləşən bütün dayanacaqlarda yeni platformalar, yeraltı piyada keçidləri, avtomobillər və velosipedlər üçün dayanacaqlar inşa edilib. Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin dəmir yolu xətti istiqamətində 3 avtomobil tuneli və 8 piyada keçidi layihələndirilib.

Daha sonra dövlətimizin başçısı Görədil dayanacağından Novxanı dayanacağına yola düşdü.

Qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 10 yeraltı avtomobil tuneli tikilib, ikisinin isə inşası davam edir. Piyadaların təhlükəsizliyini təmin etmək üçün ümumilikdə, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Sürətli qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri işlər görülüb.

Dövlətimizin başçısı Novxanı dayanacağına gəldi.

Novxanı dayanacağında da sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait var. Bu dayanacaq da yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək. Ətrafda geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi yaradılıb.

Prezident İlham Əliyev burada Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv layihələr barədə məlumat verdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial məsələlərinin həllinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.

Görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və geriyə, mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

Dövlətimizin başçısı burada dəmiryolçularla görüşdü.

Qarşıdan gələn bayram münasibətilə dəmiryolçuları təbrik edən Prezident İlham Əliyev dedi:

-Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu, həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır.

Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır.

Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək.

Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır. Bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur. Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır.

Vətəndaşlar üçün çox rahat, ikimərtəbəli vaqonlar alınıb gətirilib. Bu vaqonlar dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Ən inkişaf etmiş ölkələrin paytaxtlarında bu vaqonlardan istifadə olunur. Deyə bilərəm ki, bu baxımdan biz bir çox ölkələri qabaqlamışıq. Yəni, kompleks tədbirlər nəticəsində və dövlət investisiya proqramı çərçivəsində aparılan bu işlər artıq tamamilə başa çatıb və dairəvi yol tam istifadəyə verilib.

Şadam ki, dəmiryolçular bu mühüm vəzifənin öhdəsindən şərəflə gəldilər. Dairəvi dəmir yolunun tikintisi ilə bağlı mən iki il bundan əvvəl Sərəncam imzalamışam və bu işlər qısa müddət ərzində görülüb. Yolun tikintisi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilirdi. Özüm şəxsən bir neçə dəfə bu yolun tikintisinin müxtəlif mərhələlərində vəziyyətlə maraqlanmışam, işin gedişinə nəzarət etmişəm. Bu, mənim bu yolun müxtəlif mərhələlərdə açılışında altıncı iştirakımdır. Müxtəlif dövrlərdə bu xətt boyunca altı dəfə getmişəm - Pirşağı stansiyası, Sabunçu dəmir yolu vağzalı, Sumqayıt dəmir yolu vağzalı, Bakı dəmir yolu vağzalı və bu gün. Bütün bu qısa açılışlar bir məqsədi güdürdü ki, biz Novruz bayramına qədər xalqımızı sevindirək. Bu, Abşeron yarımadasında yaşayan insanlara bayramqabağı verilən ən böyük hədiyyələrdən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir. Baxmayaraq buna böyük vəsait tələb olunur, biz bunu edirik ki, insanlar rahat yaşasınlar, iş başına, mənzil başına daha tez çatsınlar və insanların təhlükəsizliyi təmin edilsin. Çünki bəzi hallarda avtomobil yollarında baş verən qəzalar əfsuslar olsun ki, çox ağır fəsadlar törədir. Ona görə təhlükəsizlik, ekoloji tarazlıq, vaxt, rahatlıq baxımından bütün bu amilləri tam təhlil edərək hər kəs bir daha görür ki, bu xəttin nə qədər böyük əhəmiyyəti var.

Bundan sonra da işlər davam etdiriləcək. Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar.

Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Cavid Qurbanov: Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə dəmiryolçular adından Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.


09/03/2020 Yük qatarlarında dezinfeksiya işləri davam etdirilir

Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir

Koronavirusla bağlı “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda dezinfeksiya tədbirlərini davam etdirir. Sərhəd keçid məntəqələrində sərnişin stansiyaları ilə yanaşı yük qatarlarında da dezinfeksiya işləri aparılır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük qatarlarında müntəzəm qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri Yalama və Böyük Kəsik sərhəd keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin  əməkdaşları ilə birgə  aparılır.

Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir.

Xatırladaq ki, koronavirusun  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyət göstərir: +994 12 499 61 11


06/03/2020 2019-cu ildə Rusiya ilə yükdaşımaların həcmi 30% çox artıb

“Azərbaycan Dəmir Yolları” QSC-də Rusiya Federasiyasının Rostov vilayətinin İqtisadi inkişaf naziri Maksim Papuşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiya ilə dəmir yolu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlərdən də söhbət açılıb. Cavid Qurbanov ölkələrimiz arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu deyib. 2019-cu ildə Rusiya ilə yükdaşımaların həcmində 30 faizdən çox artımın qeydə alındığını diqqətə çatdırıb.

Azərbaycan və Rusiya arasında dəmir yolları ilə 2019-cu ildə 6 milyon 240 min ton, 2018-ci ildə 4 milyon 744 min ton, 2017-ci ildə isə 4 milyon 774 min ton yük daşınıb. Beləliklə, 2019-cu ildə iki ölkə arasında yük mübadiləsi 2018-ci illə müqayisədə 31,5%, 2017-ci illə müqayisədə isə 30,7% artıb.

Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında da məlumat verib.

Maksim Papuşenko Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin hər iki ölkənin tranzit potensialının artırılmasında mühüm rolunu qeyd edib. Vilayətin iqtisadi imkanlarından söhbət açan nazir beynəlxalq nəqliyyat marşrutları vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınmasında maraqlı olduqlarını vurğulayıb.

         Görüşdə Rusiyanın Rostov şəhərində yerləşən “Cənub Universiteti (İdarəetmə, biznes və hüquq İnstitutu)”-nun rektoru, professor İmran Əkbərov humanitar sahədə əməkdaşlıq məsələlərindən danışıb.

          Sonra tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.


20/02/2020 İtaliyanın “I.M.A. Project Financing S.R.L.” şirkəti ilə müqavilə imzalanıb

<div> Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub<br> </div>

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub.

“Azərbaycan Dəmir Yolları” QSC ilə “I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli mübadilə ediblər.

3 4 5 6 7